Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

24.10.2014 17:02

Bütün növ bağ işləri üçün etalon

David Margheriti, “Margheriti Piante” şirkətinin nümayəndəsi

Biz bu sərgidə bağ bitkilərindən ibarət ekspozisiya nümayiş etdiririk. Şirkətimiz bu bitkiləri Çiuzi (İtaliya) şəhərinin ətrafında, 300 hektarlıq bağlarda yetişdirir və burada bitkilər təbiətlə gözəl vəhdət şəraitində inkişaf edirlər. Təcrübəmiz və Toskaniyanın qeyri-adi iqlimi bitkilərin geniş sayda növlərinin yetişdirilməsinə və qorunub saxlanmasına imkan yaradır. Bu bitkilər Aralıq dənizi hövzəsinin isti və quru, eləcə də Şimali Avropanın soyuq rütubətli iqliminə uyğunlaşdırılmışdır.

Biz konteynerlərdə və bilavasitə torpaqda 2600-dən artıq bitki sortunu becəririk və onları Azərbaycanda satışa çıxarmaq niyyətindəyik. “Margheriti Piante” şirkəti ağaclar, kollar və Aralıq dənizi bitkilərinin, o cümlədən iri nümunələrin təchizinə zəmanət verir.

Uzun illər ərzində davamlı olaraq apardığımız gərgin iş, tədqiqat və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün göstərdiyimiz ciddi münasibət sayəsində biz dünyanın ən tələbkar bazarlarında tanınmışıq. Məhsullarımız dövlət və özəl bağ işlərinin bütün növləri üzrə etalon kimi, həm ekspertlər, həm də bağban və arxitektorlar tərəfindən tanınır. Bu, bizim “BakuBuild” sərgisindəki birinci iştirakımızdır və mən təcrübəyə əsaslanaraq deyə bilərəm ki, sərgi mükəmməl təşkil olunub və bizim stend ziyarətçilər tərəfindən  böyük maraqla qarşılanır.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  25/02/2021 26/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek