Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

25.10.2014 15:56

“BakuBuild 2014”: Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişafın nümayişi

Bu gün Bakı Ekspo Mərkəzində 20-ci Yubiley Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild 2014”) sərgisinin sonuncu iş günüdür. Tikinti sənayesində Xəzəryanı regionun irimiqyaslı tədbiri təşkilatçıların bütün ümidlərini doğrultmaqla yanaşı, çoxsaylı ziyarətçi tərəfindən də rəğbətlə qarşılandı.

Azərbaycan Respublikasının iqtisadi inkişaf və sənaye naziri Şahin Mustafayev 20 il ərzində ölkəmizin ümumi iqtisadi inkişafı ilə yanaşı, “BakuBuild” sərgisinin də gələcəyə doğru mətin addımlarla irəlilədiyini qeyd edərək, bu əlamətdar hadisə münasibəti ilə sərginin təşkilatçıları və iştirakçılarını təbrik etdi: “ - Biz yüksək keyfiyyətli və rəqabətədavamlı məhsullar istehsal edən yerli şirkətlərin səviyyə baxımından inkişaf etmələrinə şahid olduq. Hazırda, Azərbaycan tikinti sənayesinin bir sıra məhsulları üzrə bütün daxili tələbatları əhatə edir. Beləliklə, “BakuBuild 2014” sərgisi ölkəmizin ümumi sosial-iqtisadi inkişafının mühüm göstəricisini əks etdirir.”

Yubiley sərginin əsas əlamət və təmayülləri beynəlxalq ekspertlər və jurnalistlərin mülahizələri çərçivəsində müqavilələrin imzalandığı və tikinti xidmətləri bazarının təmayüllərinin formalaşdığı işgüzar meydançanın səmərəliliyini vurğulayır. Yerli bazarda yeniliklərin tətbiqi üçün stimul funksiyasını yerinə yetirməsi, habelə ölkəmizə sərmayə axınını cəlb etməsi və bir çox xarici istehsalçıların işgüzar marağını artırması “BakuBuild 2014” sərgisinin hazırkı yüksək statusunu təsdiq edən böyük xidmətidir. Yeddi iri milli qrupun sərgidə iştirakı isə “BakuBuild 2014” sərgisinin vizit kartına çevrildi.

Tikinti materialları və texnikasının yerli istehsalçıları sərgidə daim iştirak edir və hər il məhsulların keyfiyyətinin və xarici şirkətlər fonunda rəqabətədavamlılığın artmasını nümayiş etdirirlər. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən ölkədə elan olunmuş sənaye ilində fəal yerli istehsalın bu cür nümayişi sevindirici faktdır. “BakuBuild” sərgisini Xəzər regionunda öz məhsullarının təşviqi üçün başlanğıc meydança seçən debütantlar ümumi iştirakçıların 48%-ni təşkil edirlər. Aralarında istehsalçılar, distribyutorlar, məsləhət şirkətləri, eləcə də tikinti sahəsində xidmətlər göstərən müəssisələrin yer aldığı Azərbaycan şirkətləri isə eksponentlərin 40%-ni təşkil edirlər.

Bu il sərgi öz yubileyini rekord göstəricilərlə qarşılayır, belə ki, dünyanın 29 ölkəsindən 490 şirkət Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, o cümlədən lobbi və açıq meydançanı əhatə edərək öz ekspozisiyalarını genişləndiriblər. Hər gün Bakı Ekspo Mərkəzinin sərgi zalları və lobbisində tikinti sənayesinin minlərlə mütəxəssisi, eləcə də sahibkarlar və sənaye strukturlarının nümayəndələri böyük maraqla çoxsaylı ekspozisiyalarla tanış olurdular. Hər şeydən əvvəl, peşəkarları inşaat sahəsində innovasiyalar və layihə yenilikləri maraqlandırırdı. Azərbaycanda tikinti bumu yubiley “BakuBuild” sərgisində geniş nümayiş etdirilən yeni texnika və texnologiyaların, eləcə də dizayn üzrə maraqlı həll variantlarının tətbiqini tələb edir.

Sərginin yubiley işgüzar proqramı sosial-iqtisadi inkişafın aspektlərini, o cümlədən mükafatlar, təşkilatçıların sürprizləri, kütləvi abadlıq tədbirləri və ətraf mühitin mühafizəsi, seminarlar və ustad dərslərini ümumiləşdirdi.

Sərginin yubiley proqramı çərçivəsində axşam ziyafəti zamanı Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə qəbul zamanı ən yüksək bal toplamış tələbəyə “BakuBuild” sərgisinin xüsusi mükafatının verilməsi mərasimi təşkil edildi. Bu dəfə mükafat Səmayə Əlicanovaya təqdim olundu.

Sərginin kataloqları da xüsusi uğur qazandı, belə ki, bu nəşrlər iştirakçı şirkətlər barədə bütün məlumatları əhatə etməklə yanaşı, beynəlxalq tikinti sənayesi və dizayn üzrə məşhur sorğu kitabçasına çevrildi.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər. Sərginin uğuru “ITE Group Plc” şirkətinin tərəfdaşlar şəbəkəsinin kollektiv işinin nəticəsidir və bu şirkətlər beynəlxalq şirkətləri Azərbaycanda keçirilən  sərgidə iştiraka fəal surətdə cəlb edirlər. “ITE London”, “EUF” (Тürkiyə), “GIMA” (Almaniya), “ITE Gulf “(BƏƏ), “nternational Show srl.” (Italiya), “ITE China” (Çin) və “ITE Poland” (Polşa) sözügedən şirkətlər arasında yer alır.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  24/02/2021 25/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek