Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

27.07.2015 09:47

BMT: Azərbaycana xarici investisiyalar iki dəfə artıb

Yeni məruzə dərc edilib.

2014-cü ildə birbaşa xarici investisiyaların həcmi (BXİ) əvvəlki ilə nisbətən 16 faiz azalaraq 1,23 trilyon dollardan ibarət olmuşdu. Bu tendensiya əsasən iqtisadi inkişafın dayanıqsız inkişafı, siyasi qeyri-müəyyənlik və geosiyasi risklər ilə əlaqəli idi.

Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin Ticarət və inkişaf üzrə Konferensiyasının (YUNKTAD) dünya investisiyaları barədə məruzəsində deyilir. Məruzənin müəllifləri qlobal investisiyalar sahəsində son tendensiyaları təhlil edir və onların perspektivlərini dəyərləndirirlər.

Məruzədə qeyd edilir ki, investorlar üçün keçən il ən cazibədar ÇİN və ABŞ olub.

Cənubi-Şərqi Avropa dövlətlərinə, eləcə də MDB ölkələrinə və məruzənin müəlliflərinin keçid iqtisadiyyatlı ölkələr qisminə aid etdikləri Gürcüstana xarici investisiyaların həcmi əvvəlki il ilə müqayisədə iki dəfədən çox azalaraq 48 milyard dollardan ibarət olub.

Keçən il beynəlxalq investorlar Rusiya Federasiyasına investisiya qismində 21 milyard dollar vəsait istiqamətləndiriblər, bu, əvvəlki ildən 71 faiz azdır. Məruzənin müəlliflərinin fikrincə bu, ölkədə iqtisadi inkişafın əlverişli olmaması və 2013-cü ildə belə investisiyaların təmənnasız korrektirovkası ilə əlaqədardır.

Qazaxıstanda BXİ 2014-cü ildə altı faiz azalıb. Azərbaycanın xarici investisiyaları isə təxminən iki dəfə artaraq 4,4 milyard dollardan ibarət olub.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  28/02/2021 01/03/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek