Baş xəbərlər09.09.2015 11:59 Azərbaycan ilk dəfə sement klinkeri ixrac edib
Bu ilin I yarısında Azərbaycan müstəqillik qazanandan ilk dəfə 12 min 618,5 ton sement klinkeri ixrac edib. Mal Gürcüstana satılıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər. Tədarük II rübdə olub, 1 ton klinker $44-a satılıb. Maraqlıdır ki, bu ilin I yarısında Azərbaycan İrandan tonu $18,46-a 146,8 min ton sement klinkeri alıb. 2014-cü ilin I yarısında sement klinkeri 45,4$/t-a alınıb. Bu ilin iyulunda «Akkord korporasiyası» bildirib ki, törəmə şirkəti (Qazax sement zavodu) məhsul ixrac etməyə başlayıb. Müqaviləyə əsasən, 2015-ci ildə 75 min ton sement ixrac ediləcək. Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-iyununda Azərbaycan klinkerdən başqa 185,6 min ton hazır sement idxal edib. Bu, ötən ilin eyni dövründəkindən (435 351 ton) 57,4% azdır. Bu il sement Rusiya (124,1 min ton), İran (58 min ton) və Türkiyəyə (2300 ton) satılıb. 08B
bütün xəbərlər
|