Baş xəbərlər20.10.2015 15:40 “Xəzər İnşaat Həftəsi” sərgilərin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
Bu gün 20 oktyabr saat 12:00-da “BakuBuild-2015” 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Mətbuat konfransında “ITE Group” şirkətinin icraçı direktoru cənab Edvard Stroon, “BakuBuild” layihəsinin meneceri Maya Qafarlı və Aqua-Therm sərgisinin meneceri Rəşad Qədimov iştirak etdilər. “BakuBuild-2015” sərgisinin uğur qazanmasında beynəlxalq ofislərin rolunu vurğulayan cənab Stroon öz çıxışında həmçinin qeyd etdi ki, bu sərgi “ITE Group” şirkətinin təşkil etdiyi bütün beynəlxalq inşaat sərgiləri portfelində xüsusi əhəmiyyət kəsb edir. Mətbuat konfransı əsnasında jurnalistlərə sərginin indiyə kimi görünməmiş artımı və digər statistik göstəricilər haqqında məlumat verildi. “BakuBuild” sərgisi ilə yanaşı, daha 2 ixtisaslaşmış ekspozisiyanın - “Aqua-Therm Baku” 8-ci Beynəlxalq “İstilİk, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzları və bərpa olunan enerji” sərgisi və “CIPS Caspian” 8-ci Xəzər Beynəlxalq Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri sərgisinin təşkil olunması planlaşdırılır. Bu sərgilər “Bakı Ekspo” mərkəzinin dörd zalında, lobby və açıq meydançada keçiriləcək. Tədbirin sonuna yaxın bütün KİV nümayəndələri sabah, yəni 21 oktyabr tarixində “Bakı Ekspo” mərkəzində keçiriləcək açılışına dəvət edildilər. Xatirladaq ki sərgilər 21-24 oktyabr tarixlərində Baki Ekspo Mərkəzində keçiriləcək.
bütün xəbərlər
|
|
|
 |
 |
|
24/02/2021 |
25/02/2021 |
|
USD |
1.7
|
1.7
|
|
EUR |
1.8968
|
1.8968
|
|
GBP |
2.1937
|
2.1937
|
|
RUR |
0.0264
|
0.0264
|
|
|