Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

21.10.2015 16:34

Hindistan şirkətləri Azərbaycan bazarında

Sunita Tatval (Sunita Tatwal), Hindistanın İxrac Təşkilatları Federasiyasının (“FIEO”) direktor köməkçisi

– Biz sərgidə Hindistanın 28 şirkəti bir araya gətirən və təxminən 130 kvadrat metr ərazini əhatə edən milli stendini təqdim edirik. Bizim sektor iqtisadiyyatın müxtəlif sahələrini, xüsusilə də tikinti üçün texniki-mühəndis məhsullarını, kimyəvi məhsulların istehsalını, kənd təsərrüfatı sənayesini, əczaçılıq sektorunu, eləcə də tekstil və digər sahələri təqdim edir.

Milli stendimizin təşkilatçısı 1965-ci ildə yaradılmış və Hindistan Ticarət Nazirliyi nəzdində fəaliyyət göstərən Hindistan İxrac Təşkilatları Federasiyasıdır (“FIEO”). Federasiya təsis edildiyi vaxtdan etibarən onun tərkibi 131 üzvdən 22 min üzvə qədər artmışdır. Təşkilat fəaliyyət göstərdiyi müddət ərzində Hindistanın ixracatı 1965-66-cı illərdəki 1.69 milyard dollardan əhəmiyyətli dərəcədə artaraq 2014-2015-ci illərdə 310 milyard dollara çatmışdır. Bütün bu göstəricilər isə Hindistan şirkətlərinin inşaat bazarının əhəmiyyətli tədbiri olan bu sərgiyə böyük ümid və istəklə gəldiyini göstərir. Biz hesab edirik ki, sərgi bütün şirkətlərə inkişaf perspektivləri üçün yaxşı imkanlar yaradır. Sərgiyə göstərilən maraq həm də Azərbaycan bazarı ilə bağlıdır və biz əminik ki, bu bazar daha da inkişaf edəcək. Beləliklə, necə deyərlər, biz lazım olan vaxt lazım olan yerə gəlmişik!

 

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  24/02/2021 25/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek