Baş xəbərlər21.10.2015 17:29 Yaponiyanın “Kansai” brendi
Rüfət Axundov, “Kansai” şirkətinin satış üzrə milli meneceri – Dünyanın qabaqcıl avtomobil istehsalçıları nəqliyyat vasitələrinin rənglənməsində Yaponiyanın “Kansai” brendindən istifadə edirlər. “Kansai” brendi Azərbaycan bazarına yeni daxil olub. Biz əsasən sənaye və dekorativ təyinatlı boyaların istehsalı ilə məşğul oluruq. Şirkətimiz nəqliyyat vasitələri, eləcə də eksteryer və interyer üçün nəzərdə tutulmuş boyaların, habelə epoksid əsaslı və digər boyaların istehsalını həyata keçirir. Şirkət bu sektorda lider mövqeyə malikdir. Mən sərgidən çox razıyam. “Iteca Caspian” şirkəti həmişə olduğu kimi sərgini yüksək səviyyədə təşkil edib. “BakuBuild 2015” sərgisində iştirak etməkdə şirkətimizin əsas məqsədi məşhur məhsullarımız haqqında məlumat vermək və ümumilikdə alıcı qabiliyyətini öyrənməkdən ibarətdir. Bununla yanaşı, bizi maraqlandıran bazarda fəaliyyət göstərən digər şirkətlər haqqında məlumat toplamaq niyyətindəyik. Əgər sərgidən istədiyimiz nəticəni əldə edə bilsək, onda bu sərgi ilə gələn il də əməkdaşlıq edəcəyik. Doğrusu, bu il sərgiyə göstərilən belə böyük maraq məni çox təəccübləndirir və sərginin həm ziyarətçilər, həm də iştirakçılar arasında yaxşı tanınması sevindirici haldır!
bütün xəbərlər
|