Baş xəbərlər22.10.2015 13:46 Sərginin ilk günündən etibarən əla nəticələr!
İlkin Salmanov, “ABB” (“Integrated Systems Solutions”) şirkətində satış üzrə mühəndis – Biz “BakuBuild” inşaat sərgisində Avropa ölkələrində müxtəlif istiqamətlərdə fəaliyyət göstərən “ABB” (İsveçrə) şirkətini təqdim edirik. Bu nəhəng şirkət bütün dünyada sənaye təyinatlı mühərrik və intiqalların, o cümlədən külək enerjisi ilə işləyən generatorların istehsalçısı, habelə elektrik şəbəkələrinin əsas təchizatçısıdır. Şirkət əsasən məişət üçün elektrik avadanlıqları, elektrik avtomatları, sənaye təyinatlı tənzimləyicilər və digər məhsulların istehsalını həyata keçirir. Şirkət həmçinin ən yeni məhsul və həll variantlarının satışı ilə də məşğuldur. Sözügedən brend 10 ildən artıqdır ki, bazarda təmsil olunur, lakin bununla yanaşı, bu, bizim “BakuBuild” sərgisində ilk iştirakımızdır. Biz bu vaxta kimi birbaşa böyük şirkətlərlə əməkdaşlıq edirdik, lakin indi sıravi istehlakçılarla da işimizi tədricən genişləndirmək niyyətindəyik. Sərginin ilk günü bizim üçün əla keçdi. Biz məhsullarımıza bu cür böyük marağın olacağını gözləmirdik. Əksər ziyarətçilər deyirlər ki, onlar çoxdan bəri “ABB” şirkətinin məhsullarını ilk mənbədən əldə etmək arzusunda olublar. Buna görə də, hazırkı sərgi həm şirkətimiz, həm də istehlakçılar üçün əla fürsət oldu!
bütün xəbərlər
|