Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

23.10.2015 09:35

Sərginin yenilikləri

“BakuBuild” sərgisinin ənənələri dəyişməzdir: hər il burada dünya bazarının aparıcı iştirakçılarının məhsul və xidmətləri nümayiş olunur. Bu məhsulların əksəriyyəti bazara yenicə daxil olunan məhsullardır. Həmçinin, sərginin ekspozisiyası “start-up” sektorunda gənc istedadlı ixtiraçıları təqdim edir.

Vanna otaqları üçün yeni kran seriyası - əvəzsiz funksionallığı və rasional dizaynı ilə seçilən bu kolleksiyalar İspaniyanın “Ramon Soler” (Stend Nö.: B5110, foyedə), Fransanın “Horus France SAS” (Stend Nö.: B5118, foyedə) və İtaliyanın “M&Z Rubinetterie Spa” (Stend Nö.: B5208, foyedə) şirkətləri tərəfindən təqdim olunur.

İtaliyanın “Bovelacci S.R.L.” şirkəti konstruksiyaya xüsusi istilik bəxş edən  və kənd ab-havası yaradan ağ poliuretan tirləri nümayiş etdirir (Stend Nö.: B5270, foyedə).

Hindistandan olan “Decora Kitchen Interiors” şirkəti texniki baxımdan qabaqcıl və ekoloji cəhətdən təhlükəsiz yeni məhsulun –parlaq örtüklü və teksturalı MDF “Polimero” məhsulunun təqdimatını hazırlayıb. Quraşdırılması asan olan bu panellər təkrar emal edilə bilər. (Stend Nö.: B5046, foyedə).

İtaliyanın “Torre” zavodunun stendində istənilən müvəqqəti meydançalar və ya kiçik həcmli yığma beton istehsalı üzrə həll variantları ilə tanış olmaq mümkündür (Stend Nö.: B5176, foyedə).

BƏƏ-ni təmsil edən “Gibca Furniture Industry” şirkəti “Hufcor 600” panel arakəsmələri və sərt səthli antibakterial laminatları nümayiş etdirir (Stend Nö.: B5164, foyedə).

Birinci pavilyonda inşaat materiallarının istehsalçılarından bir sıra maraqlı təkliflərlə tanış olmaq mümkündür. Yerli “Yukseklik Ltd” şirkəti öz evinin damını yeni üslubda görmək istəyənlər üçün yeni “Damante” dam örtüklərini təqdim edir. Damınızın yeni dizaynı – yeni görünüşü! (Stend Nö.: B1028 – zal 1).

“Holcim Azerbaijan” şirkəti tərəfindən təmin edilən “Dorosol®” və “Doroport®” yol bərkidiciləri yolların möhkəm və keyfiyyətli olmasını təmin edir. Hidravlik yol bərkidicisi tikinti prosesində vaxta və pula qənaət etməyə imkan verir (Stend Nö.: B1310 – zal 1).

Əksər eksponatların və tikinti nümunələrinin üstünlüyü praktiki keyfiyyətdir. Çexiyanın “Fatra A.S.” şirkəti ziyarətçiləri dəbli kafellər, örtüklər və sukeçirməyən membranlarla məhz belə cəlb edir (Stend Nö.: B1322 – zal 1).

Türkiyənin “Astav” xətti tavanları tez və rahat quraşdırma imkanına görə populyardır (Stend Nö.: B1052 – zal 1). Finlandiyanın “Profiilikeskus OY” şirkətinin dam örtükləri və üzlük istehsalı üçün nəzərdə tutulmuş profil əyən dəzgahı ənənəvi şifer örtüklərinin gözəlliyinə müasir polad dam örtüklərində nail olmağa imkan verir (Stend Nö.: B1316 – zal 1).

Yerli “Caspian Construction Systems” MMC bazarı qeyri-üzvi materialdan hazırlanmış və sütun və tirlərə, eləcə də nahamar suvağa və digər xarici / daxili səthlərə yaxşı yapışan təbii izolyasiya plasteri - “Mantosur” ilə təmin edir (Stend Nö.: B1023 – zal 1).

“Spancrete Global Services” şirkətini təmsil edən Amerikalı mütəxəssislər patentləşdirilmiş texnologiya əsasında eni 1,2 m və 2,4 m olan çoxoyuqlu plitələr və panellər üçün yüksək keyfiyyətli və etibarlı istehsalat sistemləri hazırlayırlar (Stend Nö.: B1318 – zal 1).

“RECKLI GmbH” (Almaniya) şirkətinin stendində müxtəlif relyefli səthi olan və çoxsaylı istifadəyə yarayan dekorativ qəlib panellər təqdim olunur (Stend Nö.: B1104 – zal 1).

Yunan mühəndislərindən müasir “Kleemann SA” liftləri “Maison” seriyasının ən sərfəli məhsuludur. Bu məhsulların çox aşağı enerji sərf etməklə yanaşı, əla qiymətə təklif olunur          (Stend Nö.: B4082 – zal 4).

“Nevra Insaat” şirkətinin zavodlarında istehsal edilmiş “Nevpanel®” panelləri inşaat və izolyasiya panellərinin ilk vəhdətidir. Panellər gücləndirilmiş şüşə liflər, habelə maqnezium oksid və maqnezium xloridin birləşməsindən əldə edilir (Stend Nö.: B3024 – zal 3).

“SSAB” şirkətinin brend məhsulu - innovasiyalı və davamlı polimer səthlər üçün nəzərdə tutulmuş “GreenCoat” polimer örtüklü rusiya poladı innovasiyaların siyahısı davam etdirir (Stend Nö.: B3106 – zal 3).

Azərbaycanın “Tutto Bello” salonunun taxta məmulatlar üçün qoruyucu və boya vasitələrini B2104 saylı stenddə (zal 2) tapmaq mümkündür. “YuqSpetsZaşita” (Rusiya) MMC-nin polipropilen “Ekoplast” modul örtükləri isə B4038 saylı stenddə (zal 4) təqdim olunur.

“Fibrobeton” (Türkiyə) şirkəti tərkibində seçmə sement, mikrohissəciklər, doldurucu, lif və armaturun unikal qarışığı olan “UHPC” maye şəkilli əhəng məhsulunu təqdim edir (Stend Nö.: B4068 – zal 4).

“TD STEIN” şirkətinin izolyasiyalı hazır blokları da böyük maraq doğurur. Şirkət “Bir dəfə sərmayə yatırmaqla, eviniz yayda sərin, qışda isə isti olacaq. Hər bir qayğıkeş ev sahibi məhz bunu istəmirmi?” şüarı ilə fəaliyyət göstərir (Stend Nö.: B4084 – zal 4).

 

 

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  25/02/2021 26/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek