Baş xəbərlər23.10.2015 15:57 Biz Azərbaycan bazarında öz fəaliyyətimizi genişləndiririk
Simon Pavan, “C.C.E.” şirkətinin ixrac məsələləri üzrə meneceri – “C.C.E.” (“Costruzioni Chiusure Ermetiche Srl”) şirkəti 1980-ci ildə təsis edilib. Biz avtomatik təhlükəsizlik kandar və profillərinin istehsalı ilə məşğuluq. Təklif etdiyimiz modellər təkcə faydalı olduğu üçün deyil, həm də bu kiçik alüminium profillərdə istifadə olunan heyrətamiz texnologiya sayəsində dərhal böyük uğur qazanıb. İnnovativ və sadə sistemlərin təkmilləşdirilməsi, eləcə də məhsulların xüsusi sifariş əsasında hazırlanması müştərilərimizə göstərdiyimiz xidmət, eləcə də bütün müştəri tələblərinin yerinə yetirilməsi üçün əsasdır. Azərbaycan bazarı çox sürətli templə inkişaf edir, odur ki, İtaliya şirkətləri bu bazara böyük maraq göstərirlər. Öz növbəsində “C.C.E.” şirkəti də Azərbaycan bazarında geniş fəaliyyət göstərmək niyyətindədir. Buna görə də biz hazırkı sərgidə iştirakı davam etdirməyi planlaşdırırıq. “BakuBuild” sərgisinin ilk iş günü bizim üçün çox uğurlu oldu. Sərgi çox yaxşı təşkil edilib və biz bir çox müsbət əlaqələr qurmuş, görüşlər keçirmiş və danışıqlar aparmışıq. Həmçinin, bu sərgidə biz əməkdaşlıq üçün bir neçə əsas distribyutor da tapa bilmişik.
bütün xəbərlər
|