Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

24.10.2015 13:40

“Xəzər İnşaat Həftəsi”: beynəlxalq peşəkar əməkdaşlığın nümunəsidir

Bu gün Bakı Ekspo Mərkəzində 21-ci Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild-2015”) sərgisinin, eləcə də paralel olaraq keçirilən 8-ci Beynəlxalq “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” (“AquaTherm Baku 2015”) və 8-ci Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“CIPS Caspian-2015”) sərgilərinin sonuncu iş günüdür. Ənənəvi olaraq, hər üç sərgi layihəsinin təşkilatçıları qismində Böyük Britaniyanın “ITE Group ” şirkəti və onun tərəfdaşı - “Iteca Caspian” çıxış edirlər.

“BakuBuild” sərgisini Azərbaycanda təşkil olunan ən mühüm və uğurlu interaktiv forumlardan biri hesab etmək olar, belə ki, sərgidə iştirakçı və ziyarətçilərin getdikcə artan sayı, bazarın aparıcı iştirakçılarının göstərdikləri böyük maraq bunu bir daha sübut edir. Hər il olduğu kimi, bu il də “Xəzər İnşaat Həftəsi”nin təntənəli açılış mərasimində xarici ölkələrdən xeyli sayda mühüm qonaq bir araya gəldi.

Bu tədbirin beynəlxalq baxımdan əhəmiyyətini layiqincə qiymətləndirməmək mümkün deyil. Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərovun fikrincə, “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən sərgilər Azərbaycan iqtisadiyyatının prioritetlərini, o cümlədən ölkənin və sərgi iştirakçılarının yarısını təşkil edən yerli şirkətlərin nailiyyətlərini uğurla nümayiş etdirir. Azərbaycanlı mütəxəssislər üçün isə sərgidə nümayiş etdirilən müasir texnika, avadanlıq və materiallarla tanış olmaq mühüm əhəmiyyət kəsb edir.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov sərgini müxtəlif ölkələrin peşəkarları arasında əməkdaşlıq nümunəsi adlandırıb.

Sərgi Bakı Ekspo Mərkəzinin bütün pavilyonları və açıq meydançasını əhatə etməklə yanaşı, stendlərinin çoxluğu, habelə ekspozisiyaların dizaynı və müxtəlifliyi ilə xoş təəssürat yaratdı. Sərgidə Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ, Çexiya və Hindistan öz kollektiv milli ekspozisiyaları ilə çıxış edirdilər. Tədbir zamanı Çin, Rusiya, Ukrayna, Sinqapur, Türkiyə və Fransa istehsalçılarının nümayəndələri də öz ekspozisiyalarını təqdim etdilər.

“BakuBuild 2015” sərgisinin məhsul və xidmətlər çeşidi bu ilin əsas təmayüllərini - orijinallıq və etibarlılığı nümayiş etdirməklə yanaşı, tikinti materialları, texnika və interyerin bütün spektrini əhatə edib. Ekspozisiyalar çərçivəsində keramika, mərmər, polimetal konstruksiyalar və müasir qapı-pəncərələrin möhtəşəmliyi, habelə parkların abadlaşdırılması üzrə təkliflər, ağır inşaat texnikasının nümunələri, tikinti və vitraj şüşə kolleksiyaları, habelə zövq oxşayan mebel sektoru ilə tanış olmaq mümkündür.

Sərginin mütərəqqiliyi onun inkişaf perspektivlərinin rəmzidir. “BakuBuild-2015” sərgisində çoxsaylı innovativ həll variantları, təmayüllər və yaxın gələcəyin qabaqcıl məhsulları nümayiş olunur. Yeni məhsullarının tam kataloqu www.bakubuild.az veb-saytında yerləşdirilmişdir. Yeni məhsul və xidmətləri təqdim edən şirkətlərin stendləri  isə “Yeni məhsul / Yeni xidmət” nişanı ilə işarələnib.

Ənənəvi olaraq, sərgini təqdimat, seminar və ustad dərslərinin daxil olduğu zəngin işgüzar proqram müşayiət edirdi. Ölkənin inşaat sənayesində, o cümlədən Azərbaycanın müasir infrastrukturunun formalaşmasında bu sərginin mühüm rol oynadığını vurğulayan bazarın xarici iştirakçıları eksponentlərin bu tədbirdə davamlı iştirakı və peşəkarlığını da xüsusi olaraq qeyd etdilər.

bütün xəbərlər

















BİZƏ QOŞULUN!
Baş xəbərlər
QEYDİYYAT SPONSORU
SPONSOR
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
VALYUTA MƏZƏNNƏSİ
  25/02/2021 26/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek