Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





22.10.2010 17:43

Bazarın ən iri oyunçularının sərgidə iştirakı zəruridir

Konrad Hyubner, “SOMMER Anlagentechnik GmbH” (Almaniya) şirkətinin satış şöbəsinin rəhbəri:

“BakuBuild 2010” sərgisində bizim iştirakımızın əsas məqsədi yerli şirkətlər ilə mümkün gələcək əməkdaşlıq üçün Azərbaycan bazarını ətraflı şəkildə tədqiq etməkdən ibarətdir. Marketinq aksiyası bizim şirkətimizin xüsusi eksklüziv məhsulunun təklif olunması ilə bağlıdır. Bizim ekspozisiyamıza yığma beton konstruksiyaları və məmulatlarının istehsalı, ələlxüsus da müasir zavodlar üçün yığma beton texnologiyaları, istehsal avadanlıqları və avtomatlaşdırılmış sistemlər daxildir. Artıq bu texnologiya Almaniyada 4 iri şirkət tərəfindən mənimsənilib. Bu, yüksək səviyyəli müasir məhsul olmaqla yanaşı, həm olduqca  keyfiyyətlidir və şirkətə avtomatlaşdırmanın mümkün rasional səviyyəsini yüksək səviyyədə təmin etməyə imkan verir. Bizim bir neçə patentimiz vardır. Belə ki, bir binanı cəmi on insanın əməyindən istifadə etməklə inşa etmək mümkündür. İşlərin müəyyən bir qismini mexaniki üsul ilə həyata keçirməklə bəzi çox çətin prosesləri sadələşdirmək olar. Bununla yanaşı, istehsalı uğurla planlaşdırmaq və işlərin vaxtını iki dəfə azaltmaq mümkündür. Bu texnologiyadan artıq Rusiya, Avstraliya, Cənubi Amerika, Türkiyədə istifadə olunur. Bu gün daha müasir və daha qənaətlə inşa etmək lazımdır və bu baxımdan, bizim prinsiplər dünyanın bir çox ölkələrində öz praktiki tətbiqini tapmağa müvəffəq olub.

Distribütor axtarışı haqqında danışmaq isə hələ ki tezdir. Bazarı tam araşdırdıqdan sonra nümayəndəlik açmaq məqsədə uyğundur. Biz Rusiyada da eyni prinsip üzrə fəaliyyət göstərmişik. Azərbaycan bazarının monitorinqinin nəticələri diqqətimizi cəlb etdi; bu gün, ölkə güclü inkişafa nail olub və sizin inşaat sənayesi elə bir inkişaf mərhələsinə yaxınlaşıb ki, mənfəəti əldən buraxmamaq üçün iri oyunçuların mövcudluğu artıq məqsədəuyğun və hətta zəruri sayılır. Sərginin işi ərzində bizim stendimizə sənayenin bir çox peşəkar mütəxəssisləri baş çəkdi. Ümumilikdə isə mən sərgini çox bəyəndim. Biz artıq qərara gəlmişik ki, bu ilk səfərimizi davam etdirməyə dəyər və ona görə də, ola bilsin ki, gələn il də burada görüşdük. Belə ki, bizim artıq Azərbaycanda ilk nümayəndələrimiz var. Bazardakı obyektiv şərait diktə edir ki, işgüzar münasibətlər gələcəkdə də birmənalı şəkildə inkişaf etdirilsin.

bütün xəbərlər





BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CaspianMebelExpo
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  18/10/2021 19/10/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild Azerbaijan is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek