Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





23.10.2010 15:06

“BakuBuild 2010”: nəticələr və perspektivlər

“BakuBuild 2010” sərgisinin öz işini başa çatdı və biz bütün Xəzəryanı regionun ən böyük inşaat forumunun ilkin nəticələrini nəzərdən keçirməklə bu parlaq və yadda qalan tədbirin müsbət məqamlarını vurğulayıb əldə edilmiş təcrübəni təhlil edə bilərik.

Əgər başa çatmış inşaat sərgisini müasir yaşayış binasının istismara verilməsinə bənzətsək, onda belə bir müqayisə sayəsində “BakuBuild 2010” sərgisinin iştirakçı kollektivinin gördüyü işin nəticələrini obyektiv şəkildə qiymətləndirə bilərik. Sərgi müasir və keyfiyyətli tikintinin funksionallığını və üstünlüklərini məqsədyönlü şəkildə nümayiş etdirməklə, dünya inşaat sənayesinin intellektual imkanlarını və sənaye potensialını əks etdirmiş bu tədbirin aktual konsepsiyasını müəyyənləşdirə bildi. Stendlərin fərdi qaydada tərtib edilməsi, orijinal ekspozisiyalar ilə təqdim edilmiş mallar və xidmətlər və bir çox stendlərin infrastrukturu dizayner studiyasının və ya dəbdəbə salonunun əməyinin nəticələri ilə müqayisə edilə bilər. Sərgi ekspozisiyasının minlərlə “müstəqil ekspertlər”, yəni sərgi ziyarətçiləri tərəfindən qeyd edilən əsas prinsipləri müasir evin modernləşdirilməsi, şəhərsalmanın yeni konstruktiv prinsipi, böyük şəhərdə yaşayışın ən rahat formalarının axtarışı oldu.

Eksponentlər yaşayış və sənaye obyektlərinin qurulmasının ən proqressiv imkanlarını nümayiş etdirdilər, ən yaxşı ideyalar, texnologiyalar, materiallar və xammal, həmçinin tikintiyə nəzarət etalonları və beynəlxalq keyfiyyət və seysmik təhlükəsizlik standartlarını təklif etdilər. Digər sözlə, sərgi öz iştirakçılarının istedadı sayəsində, ekoloji baxımdan təmiz və daha möhkəm tikinti materiallarından istifadə etməklə, odadavamlı kompozisiya materialı ilə ikiqat fasad müdafiəsi, mərkəzi yanğın əleyhinə sistem, fasiləsiz elektrik enerjisi təchizatı, videomüşahidə sistemi və s. təchiz edilmiş etibarlı konstruksiyaya malik evin “layihələndirilməsi və inşasını” həyata keçirdi. Elə burada, açıq meydançada, Almaniyadan, Türkiyədən, Koreyadan, Böyük Britaniyadan, Rusiyadan, İtaliyadan və digər ölkələrdən gətirilmiş, geniş çeşiddə yol-tikinti texnikası nümayiş etdirilir.

Bir meydanda üç sərginin keçirilməsi isə forumun genişlənməsinə və ölkənin ixracat potensialının yüksəldilməsi baxımından əhəmiyyətli rol oynamış “BakuBuild 2010” sərgisinin strukturlaşdırılmasına xidmət etdi. Sözügedən sahənin ekspertlərinin fikrincə, bu sərgi Azərbaycan üçün faydalıdır, belə ki, burada hər üç iştirakçıdan biri yerli sahibkarları təmsil edir. Qeyd etmək lazımdır ki, yerli şirkətlərin iştirakı tematik kateqoriyalara formal bölünmə ilə kifayətlənmədi və hər şeydən əvvəl, Azərbaycanın intellektual inkişafını, düşüncə proqressivliyini, işgüzar əhval-ruhiyyəni və aktiv inteqrasiyanın nümunələrini əks etdirdi. Əgər bir neçə il əvvəl, yerli biznesmenlər əsas etibarı ilə xarici firmalar ilə əlverişli əməkdaşlıq axtarırdılarsa, artıq bu gün əməkdaşlıq əlaqələrinin imkanları ikitərəfli maraqlarla tamamlanır. Bir çox xarici qonaqlar məhz sərgidən marketinq aləti rolunda istifadə edərək monitorinq keçirdilər və işgüzar təkliflərin konsepsiyalarını diqqətlə işləyib hazırlayaraq bazarı yüksək peşəkarlıqla araşdırdılar. Biznes seqmentinin genişlənməsi təkcə iqtisadi mənfəəti təmin etmir. Belə ki, hazırda cəmiyyətin inkişafı baxımından (müasir dialoqun mədəni münasibətlərinin forması qismində) peşəkar savad daha çox nəzərə alınır. Bazarın iri oyunçularını bir araya toplamış platforma ikitərəfli ticari və iqtisadi münasibətlərin inkişaf perspektivi üçün dürüstlük və keyfiyyətə zəmanət, savad və öz fəaliyyətinin nəticələrindən qürur duymaq kimi amilləri nəzərdə tutur. Sərgidə iştirak edən Azərbaycan şirkətlərinin peşəkar inkişafının əsasını biznesdə lazım olan açıqlıq, şəffaflıq və istehsal edilən məhsulun müstəqil ekspertizasını həyat keçirməyə hazırlıq təşkil edir.

Milli stendlərin birləşdirilmiş ekspozisiyaları sənaye əməkdaşlığı üzrə ümumi biznes-forumunda nümayəndə qrupları kimi seçilirdi. Almaniya, Finlandiya, İran, Litva, Ukrayna və İtaliya Bakıda öz qabaqcıl sahibkarlar komandalarını təqdim edirlər və onlardan hər biri yerli mütəxəssislərdə ən xoş təəssüratlar yaratmaq arzusundadır.

Yeri gəlmişkən, qonaqlarımızın bir çoxu Azərbaycanlı həmkarları arasında peşəkarlığın yüksək səviyyədə olduğunu dəfələrlə vurğulayırdılar. İlkin statistik hesablama artıq göstərdi ki, sərginin hər altıncı-yeddinci ziyarətçisi (fikir mübadiləsi, müzakirələr aparmaq, hətta təkmilləşdirmə kursu keçirmək baxımından maraqlı olan) gələcək tərəfdaş, potensial müştəri və ya mühəndis-inşaatçı kimi xarici eksponentlərin diqqətini cəlb edirdi.

Sərgi həmçinin digər ölkələrdə oxşar tədbirlərin təşkilinə mane olan qlobal böhrana qarşı öz sözünü deyə bildi. Belə ki, iştirakçıların bir qismi öz səfərlərini “antiböhran” problemlərinin və satış həcmlərinin artımının həll edilməsinin mümkünlüyü, digərləri reklam fəaliyyətini genişləndirərək yeni informasiya məkanına çıxmaq, üçüncülər isə konkret olaraq bazarın “fəth edilməsinə” can atmaqla əlaqələndirirlər. Lakin əsas odur ki, bütün strateji aksiyalar iki şərtsiz amilə malik olur. Birincisi, “BakuBuild 2010” sərgisi sayəsində “PR” (ictimaiyyətlə əlaqələr) və biznes planların xarici müstəvidə icrası mümkün oldu. İkincisi, bu icranın həyata keçiriləcəyi ilk yer kimi ən yüksək iqtisadi inkişaf templərinə və geniş vüsət alan inşaat səviyyəsinə malik bir dövlət və etibarlı tərəfdaş olan Azərbaycan seçilib. Bu fikir birləşdirilmiş stendlərin rəhbərləri, habelə bir çox fərdi eksponent tərəfindən açıq şəkildə səsləndirildi.

Ziyarətçilər “İnovasiyalar zonası” layihəsinin ideyasını yaxşı qarşıladılar. Bu layihə çərçivəsində yeni mallar və texnologiyalar təqdim etmiş şirkətlərin stendləri xüsusi nişanla qeyd edilib. Həm sərgi ərazisində, həm də planda bu stendlər əlavə diqqət cəlb edirdi. Sərgi çərçivəsində Ukrayna-Azərbaycan biznes-forumu keçirildi və çox məhsuldar oldu. İnovasiyalı texnologiyalara və yaşlı əhali, əlillər, eləcə də şəhərin ən kiçik sakinləri üçün xüsusi şəraitləri nəzərə almaqla şəhərsalmanın planlaşdırmasına həsr olunan “Hamı üçün şəhər” mövzusunda dəyirmi masa isə işgüzar proqramın əhəmiyyətli tərkib hissəsi oldu. Müvafiq dövlət strukturlarının nümayəndələri isə bu sahədə orijinal layihə planları barədə ətraflı şəkildə söhbət açdılar.

Gəlin sonda özümüzə ritorik bir sualla müraciət edək: bu sərgi bizə sevinc bəxş edirmi? Cavablar müxtəlif ola bilər, lakin ola bilsin ki, qonaqların, habelə yaşamaq və işləmək üçün insana böyük zövq verən geniş və rahat bir evin real simvolunu böyük ustadlıqla yaratmış iştirakçıların fikirlərini ifadə edəcək ən sadə bir cavab var..... “heç burdan getmək istəmirsən”...

bütün xəbərlər





BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CaspianMebelExpo
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  18/10/2021 19/10/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild Azerbaijan is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek