Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





25.10.2010 15:44

BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası üzrə görülmüş və görüləcək işlərə həsr olunmuş tədbir keçirlmişdir

22 oktyabr 2010-cu ildə Bakı Ekspo Mərkəzində keçirilən 16-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi - “BakuBuild-2010” çərçivəsində “Hamı üçün şəhər” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanovun giriş nitqi ilə çıxış etdiyi bu tədbir İnnovasiyalı texnologiyalara və şəhərsalmanın planlaşdırılmasına həsr olunmuşdur.

Tədbirin məqsədi ölkədə əhalinin həssas qrupları olan fiziki qabiliyyəti məhdud insanların həyat şəraitinin tədricən yaxşılaşdırılması istiqamətində Azərbaycanın qoşulmuş olduğu BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası çərçivəsində görülmüş və görüləcək işləri işıqlandırmaq, bu istiqamətdə gedən prosesləri ictimaiyyətə əks etdirmək olmuşdur. Tədbirin beynəlxalq inşaat sərgisi çərçivəsində təşkil olunmasında məqsəd ölkədə infrastruktur layihələrinin həyata keçirilməsində bilavasitə iştirak edən dövlət qurumları, layihələndirmə və inşaat şirkətlərinin bu proseslərə cəlb olunmasına köməklik etmək olmuşdur.

Elnur Sultanov Azərbaycan hökumətinin öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ilk hesabatın hazırlanmasını və BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinə təqdim olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2010-cu il tarixli sərəcamı əsasında dövlət qurumlarının yüksək vəzifəli nümayəndələrindən ibarət İşçi Qrupun yaradılması haqqında məlumat vermişdir. E. Sultanov hazırda əlillərin sosial vəziyyəti haqqında təlimatların icrası ilə bağlı qonşu ölkələrin təcrübəsinin araşdırıldığını bildirmiş, onların ehtiyaclarına cavab verəcək yeni təlimatın hazırlanması istiqamətində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə danışıqlar aparıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Azərbaycan hökumətinin Konvensiyanın icrasında maraqlı olduğunu ifadə edən E. Sultanov bu işin icrasında QHT-lərin və ictimai birliklərin dəstəyinin zəruri olduğunu da vurğulamış, cəmiyyətin həssas qruplarının ehtiyacları ilə bağlı ictimai birlikləri tövsiyyə və təkliflərlə müraciət etməyə dəvət etmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev dövlətin BMT-nin sözügedən Konvensiyasının icrası, ümumiyyətlə əlillərin həyat şəraitinin yaxşılaşdırılması işinə böyük qayğı ilə yanaşdığını bildirmişdir: “Əlilliklə bağlı məsələ gündəlikdən çıxmayan məsələdir”. C. Qocayev həmçinin əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı hər bir vətəndaşın üzərinə məsuliyyət düşdüyü fikrini səsləndirmişdir.

Tədbirdə, eyni zamanda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Bakı Şəhəri İcra Hakimiyyəti və digər əlaqəli strukturların nümayəndələri iştirak etmişlər.

Qeyd edək ki, Azərbaycan Respublikası 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasına və onun Fakültativ Protokoluna qoşulmuşdur. Konvensiyanın əsas məqsədi “əlilliyi olan şəxslərə insan hüquqlarından və əsas azadlıqlardan tam və bərabər imkanlarla yararlanmalarına təkan vermək, bunu müdafiə və təmin etmək, habelə onların ləyaqətinə hörmətlə yanaşılmasını dəstəkləmək”dir.

bütün xəbərlər





BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CaspianMebelExpo
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  18/10/2021 19/10/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild Azerbaijan is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek