Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sual-cavab

Sərgiyə daxil olmaq üçün iştirakçıdan nə tələb olunur?
Cavab: İştirakçı sərgiyə daxil olmaq üçün xüsusi iştirakçı döş nişanını (bədc) təqdim etməlidir.


Sərginin axşam ziyafətinə daxil olmaq üçün nə tələb olunur?
Cavab: Sərginin axşam ziyafəti sərginin iştirakçıları, rəsmi nümayəndələr və sərginin təşkilatçıları üçün nəzərdə tutulmuş qapalı tədbirdir. Dəvətnamə əldə etmək üçün layihə meneceri ilə əlaqə saxlayın


Sərginin kataloqunu harada əldə etmək olar?
Cavab: Sərginin kataloqu döş nişanları ilə birlikdə iştirakçıların sərgidə qeydiyyata alındığı zaman təqdim olunur.


Sizin vasitənizlə əvvəlcədən mehmanxanada otaq sifariş etmək və ölkəyə giriş vizasını alınması mümkündürmü?
Cavab: Bu işdə Sizə sərginin rəsmi tur-operatoru yardımçı olacaq.


Hansı ölkələrdən Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün viza tələb olunmur?
Cavab: Azərbaycan Respublikasının ərazisinə giriş zamanı Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Belorus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan vətəndaşlarından viza tələb olunmur.


Şəhər üzrə ekskursiya sifariş etmək mümkündürmü?
Cavab: Bu işdə Sizə sərginin rəsmi tur-operatoru yardımçı olacaq.


Ezamiyyət sənədlərini harada rəsmiləşdirmək mümkündür?
Cavab: Ezamiyyət sənədlərini sərginin qeydiyyat masasında rəsmiləşdirmək mümkündür.


Sərgidə əlavə avadanlığı necə sifariş etmək olar?
Cavab: Bunun üçün təşkilatçıların stendinə yaxınlaşaraq, müvafiq ərizə formasını doldurmanız lazımdır.


İştirakçı şirkətə neçə ədəd döş nişanı verilə bilər?
Cavab: Sərgidə iştirak edən hər şirkətə stendinin sahəsinin hər 3 kvadrat metri üçün 1 ədəd pulsuz nişan verilir. Əlavə nişanları müvafiq məbləğ ödəməklə sərgi açılmazdan əvvəl qeydiyyat masasından əldə etmək mümkündür.


Görülmüş işlərə dair müqavilə və aktları haradan əldə edə bilərəm?
Cavab: Siz Layihə meneceri ilə əlaqə saxlamaqla sərgi üzrə bütün sənədləri əldə edə bilərsiniz.


Yüklərin sərgiyə çatdırılması və boşaldılması məsələlərini necə həll edə bilərəm?
Cavab: Zəhmət olmasa, sərgi yüklərinin çatdırılması və yerbəyer edilməsi üzrə rəsmi ekspeditora müraciət edin.


Sərgidə restoran varmı?
Cavab: Sərgidə qonaqlar və sərgi iştirakçıları üçün restoran fəaliyyət göstərəcək.


İlk tibbi yardım harada göstərilir?
Cavab: Əgər lazım gələrsə, sərgidə fəaliyyət göstərən tibb məntəqəsinə müraciət edə bilərsiniz.






BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CaspianMebelExpo
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  18/10/2021 19/10/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild Azerbaijan is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek