Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Rəsmi Aviadaşıyıcı



"AZAL Azərbaycan Hava Yolları"

Azərbaycanın Milli Aviadaşıyıcısı olan "AZAL Azərbaycan Hava Yolları" respublika ərazisində, eləcə də regionda ən böyük aviaşirkətdir.

Tərkibində qərb istehsalı olan hava gəmiləri yer alan müasir aviaparka malik "AZAL" Avropa, MDB, Yaxın Şərq, Asiya və Azərbaycanın əsas hava limanlarına həftədə 150-dən çox reys yerinə yetirir.

Aviaşirkətin başlıca prioriteti uçuşların təhlükəsizliyini ən yüksək beynəlxalq standartlara uyğunlaşdırmaqdır.

Müntəzəm və çarter aviadaşımaları üzrə xidmətlər göstərən avişirkət, tez-tez uçan sərnişinlər üçün "AZAL Miles" loyallıq proqramı tətbiq edir, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında biznes sinif sərnişinləri üçün "Fast Track" - gediş və dönüş zamanı formallıqların sürətlə həll olunması xidmətini pulsuz təqdim edir.


Aviaşirkətin partnyorları tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində sərnişinlərə xidmət səviyyəsinin və rahatlığın artırılması üçün hər cür şərait yaradılır:

  • "Fast Track" hava limanında uçuşöncəsi prosedurların və formallıqların sürətlə həyata keçirilməsi
  • "VIP" room - "VIP" otağın sifarişi
  • "Airport Hotel" - hava limanı ərazisində 5***** otel
  • "Airport Gate" - taksi və digər növ nəqliyyat vasitələrinin sifarişi
  • "Euroasian cargo" - sərgi iştirakçıları üçün yük daşınmasının təşkili



"Fast Track"
Hava limanında uçuşöncəsi prosedurların və
formallıqların sürətlə həyata keçirilməsi

"Bina İnternational Service" Heydər Əliyev Beynəlxalq Hava Limanında Sizə yeni - "Fast Track - sürətli keçid" xidmət paketini təqdim edir.

Bu xidmətlər Sizin fərdi müşayiətinizi təmin edir, xidmət səviyyəsinin daha da yaxşılaşdırılmasına, uçuşla bağlı prosedurların (pasport-viza nəzarəti, reysə qeydiyyat, tərcüməçi və məsləhətçi xidmətləri, baqajın daşınması üçün xüsusi personal, giriş vizasının alınması üçün köməklik və s.) sürətləndirilməsinə şərait yaradır.

Fast Track Sizə, həmçinin Business Lounge Services xidmətindən yararlanmaq və uçuş ərəfəsində vaxtınızı yumşaq mebelli zallarda keçirmək imkanı verir. Burada televizor, telefon, internet, siqaret çəkmək üçün otaq, içkilər, meyvələr, şirniyyat və digər qəlyanaltılar ixtiyarınızda olacaq.

Bizim xidmətlər özlərinə xüsusi diqqət tələb edən bütün sərnişinlərə, habelə:

  • biznesmenlərə;
  • korporativ sərnişinlərə;
  • hava limanı xidmətlərindən ilk dəfə istifadə edən sərnişinlərə;
  • yalnız bir dildə danışan sərnişinlərə və b. tövsiyə olunur.

Biz fiziki imkanları məhdud olan sərnişinləri də diqqətdən kənarda qoymamışıq. Onlara terminal daxilində hərəkət etmək üçün xüsusi kreslolar təqdim edilir.

Bizim Müştərilərimiz həm fiziki, həm də hüquqi şəxslər ola bilərlər.

Beynəlxalq terminalın 2-ci mərtəbəsində yerləşən "Fast Track" ofisləri 24 saat ərzində fəaliyyət göstərir.

Mehriban personal və mədəni xidmət müştərilərimizlə görüşləri daha da yaddaqalan edir.

Gedən sərnişinlərə xidmət

Standart xidmətlər paketi (SXP)

Каteqoriya

Tarif rüsumu

  • Sərnişinin qarşılanması;
  • Baqajın daşınması üçün fəhlə ilə təmin edilməsi;
  • Gömrük nəzarətinədək müşayiət edilməsi (zəruri hallarda gömrük bəyannaməsinin doldurulma qaydaları barədə məsləhət);
  • Pasport-viza nəzarətindən müşayiətlə keçməsi;
  • Müşayiətlə reysə qeydiyyat;
  • Müşayiətlə pasport (miqrasiya) nəzarətindən "Fast-track" sərnişinləri üçün nəzərdə tutulmuş keçiddən keçirilməsi;
  • Aviasiya təhlükəsizlik nəzarətinədək müşayiət edilməsi;

Sərnişin

50

12 yaşınadək uşaq

25

Ailə və ya qrup üzvü kimi uçan sərnişin: qrup 5, ailə 3 və daha artıq nəfərdən ibarət olduqda

45

Əlavə ödənişlə

  • Hərəkətliliyi məhdud olan sərnişinin terminalın daxilində hərəkət etməsi üçün xüsusi araba ilə təmin edilməsi

Sərnişin

30

 

SXP+Business Lounge Services (BLS)

Sərnişin

100

  • Yumşaq mebellə təchiz olunmuş zal;
  • Hava gəmisinin uçuşu ilə bağlı məlumatın verilməsi;
  • Теlеfоn və internetə buraxılış;
  • Televiziya verilişlərinə baxmaq imkanı;
  • Alkoqollu və alkoqolsuz içkilər, qəlyanaltılar, salatlar, meyvələr, şirniyyatlar və s.
  • Siqaret çəkmək üçün ayrıca otaq;

12 yaşınadək uşaq

50

Ailə və ya qrup üzvü kimi uçan sərnişin: qrup 5, ailə 3 və daha artıq nəfərdən ibarət olduqda

90

Ailə üzvü kimi 12 yaşınadək uşaq

45

Əlavə ödənişlə

  • Hərəkətliliyi məhdud olan sərnişinin terminalın daxilində hərəkət etməsi üçün xüsusi araba ilə təmin edilməsi

Sərnişin

30

2 (iki) yaşınadək uşaqlara tarif rüsumları tətbiq olunmur (təsdiqedici sənədlər əsasında).

* Tarif rüsumları Azərbaycan Respublikasının manatı ilə hesablanılıb.

Gələn sərnişinlərə xidmət

Standart xidmətlər paketi (SXP)

Каtеqоriya

Tarif rüsumu

  • Sərnişinin qarşılanması;
  • Müşayiətlə pasport (miqrasiya) nəzarətindən "Fast-track" sərnişinləri üçün nəzərdə tutulmuş keçiddən keçirilməsi;
  • Baqajın alınmasında yardım;
  • Baqajın daşınması üçün fəhlə ilə təmin edilməsi;
  • Gömrük nəzarətinədək müşayiət edilməsi (zəruri hallarda sərnişinə gömrük bəyannaməsinin doldurulma qaydaları barədə məsləhət verilə bilər);
  • Aerovağzal kompleksi binasının çıxışınadək müşayiət edilməsi;

Sərnişin

40

12 yaşınadək uşaq

20

Ailə və ya qrup üzvü kimi uçan sərnişin: qrup 5, ailə 3 və daha artıq nəfərdən ibarət olduqda

35

Əlavə ödənişlə

  • Hərəkətliliyi məhdud olan sərnişinin terminalın daxilində hərəkət etməsi üçün xüsusi araba ilə təmin edilməsi

Sərnişin

30

  • Vizanın* alınmasında yardım

Vizaya görə

10

*Vizanın məbləği sərnişinlər tərəfindən ödənilir

2 (iki) yaşınadək uşaqlara tarif rüsumları tətbiq olunmur (təsdiqedici sənədlər əsasında).

* Tarif rüsumları Azərbaycan Respublikasının manatı ilə hesablanılıb.

"Fast Track - sürətli keçid" xidmətinin sifarişi üçün əlaqə:
Tel.: +994 12 497 27 72
Faks: +994 12 437 49 44
Mob.:+994 50/55/70 446 27 72
E-mail: offiсe1@fasttrack.az




"VIP" room
"VIP" otağın sifarişi

Ənənəvi Azərbaycan qonaqpərvərliyini və müstəsna xidməti Heydər Əliyev Beynəlxalq Hava Limanının VIP zalında da hiss edin.

Xidmətlər

  • Avtomobiliniz üçün xüsusi dayanacaq;
  • Bar. Burada siz dincələ, alkoqollu və alkoqolsuz içkilərdən, yüngül qəlyanaltılardan və meyvələrdən dada bilərsiniz.;
  • Gediş və dönüş üçün sənədlərin rəsmiləşdirilməsi, pasport nəzarəti, viza alınmasına dəstək, baqajın çatdırılması və digər formallıqların həyata keçirilməsi;
  • Bizim fərdi və biznes zallarımız işgüzar və şəxsi görüşlər üçün ideal yerdir.
  • Mini VIP avtobus Sizi zaldan düz təyyarənin trapına çatdıracaq.

Qayğıkeş və diqqətli personal Sizin istəklərinizi sevinclə yerinə yetirəcək ki, bu da VIP zaldakı vaxtınızı unudulmaz edəcək!

2008-ci ilin iyun ayından etibarən GHC VIP zallar üzrə Avropa Assosiasiyasının üzvüdür ki, buraya Avropadakı bütün CIP xidmətləri operatorları aiddir. Bizim zalın xidmətləri Münhen, Frankfurt, Vyana, Amsterdam, Praqa, Dublin, Riqa, Helsinki, Sürix, Cenevrə və Stokholmdakı partnyorlarımız tərəfindən də sifariş edilə bilər.

Xidmət sahəsi
Zal təkcə müntəzəm reyslərdə uçan sərnişinlər üçün deyil, həmçinin fərdi təyyarələrin sərnişinləri üçün nəzərdə tutulub.

Xidmətlərin qiymətləri:
150 AZN - böyük sərnişin
75 AZN - uşaqlar (2-12 yaş)
50 AZN - müşayiətçi.
250 AZN - fərdi və işgüzar zalların istifadəsi
*2 yaşadək uşaqlar üçün xidmət pulsuzdur

Əlaqə:

Ünvan: Heydər Əliyev Beynəlxalq Hava Limanı, VIP zal
Azərbaycan, Bakı, AZ1044
Tel.: +994 12 4972792 / 2600 / 4595 / 2386
Faks: + 994 12 4972792, 4374880, 4972648
E-mail: vip@ghc.az
SITA: BAKKKXH
Sayt: www.ghc.az




"Airport Hotel"
Hava limanı ərazisində 5***** otel

"Airport Hotel" - Hava limanı ərazisində 5***** otel, burada İTECA sərgisinin iştirakçıları üçün xüsusi tariflər və Sərgi mərkəzinə pulsuz transfer nəzərdə tutulub.

Bakı Ekspo Mərkəzindən maşınla 3 dəqiqə, Abşeron çimərliklərindən 10 dəqiqə və Bakının mərkəzindən 25 dəqiqəlik məsafədə, Heydər Əliyev Beynəlxalq Hava Limanının gözəl güşəsində yerləşən Airport Hotel mehmanxanası iş adamları və turistlər üçün sərfəli qiymətə, etibarlı, nəzakətli xidmət və müasir, cəlbedici, rahat mühit təklif edir.

Oteldəki 207 otağın hamısı fərdi idarə edilən hava kondisionerləri ilə tam təchiz olunmuşdur. Bu otaqlarda yüksək sürətli internet, çay/qəhvə hazırlama cihazları, yastı ekranlı televizor, oteldaxili filmlərin nümayişi və 24 saat ərzində otaqlara xidmət təklif olunur. Ümumi sahəsi 388 kvadrat metr olan 8 iclas və konfrans otaqlarında, ən müasir audio və video texnologiyalarını tətbiq edərək, "Airport" oteli 10 nəfərdən 650 nəfərədək konfrans və mərasimlər keçirmək üçün imkan yaradır.

Qonaqlar tam nəzarət altında olan trenajor zalında məşq, yaxud saunada və sakitləşdirici masaja getməklə istirahət edə bilərlər.

Bütün qonaqlarımıza hər 2 saatdan bir Bakı Ekspo Mərkəzinin yanından keçərək, şəhərin mərkəzinə gedib-qayıtmaq üçün avtobuslar təklif olunur.

İştirakçılıar və sərginin qonaqları üçün birnəfərlik yürləşdirilmədə 115 AZN məbləğində xüsusi tarif təklif olunur, ikinəfərlik yerləşdirilmədə 140 AZN. Qiymətə səhər yeməyi daxildir, ƏDV nəzərə alınmayıb.




"Airport Gate"
Taksi və digər növ nəqliyyat vasitələrinin sifarişi

"Airport Gate" şirkətinin əsas fəaliyyəti:

  • Avtonəqliyyat xidmətlərinin təklifi, qrupların Mitsubichi Rosa avtobuslarında və Renault Trafic mikroavtobuslarında şəhər otellərinə aparılıb-gətirilməsi;
  • Aviasərnişinlərə onların sorğuları əsasında Volkswagen Passat avtomobili ilə xidmətin göstərilməsi. Xidmətin dəyəri məsafədən asılıdır. Hava limanından şəhərin mərkəzinə çatdırılma qiyməti təqribən 20 AZN-dir;
  • Müxtəlif təşkilatlar üçün Hava limanı ərazisində reklam xidmətlərinin təşkili;
  • Sərnişinlərin şəhərə və əks istiqamətdə (16N-li marşrut) daşınması. Bir tərəfə gedişin qiyməti 30 qəpikdir.

Tel: (99412) 497 26 67, 497 28 49
Faks: (99412) 497 28 55




"Euroasian cargo"
Sərgi iştirakçıları üçün yük daşınmasının təşkili

"Euroasian Cargo" Şirkətlər Qrupu bir logistik şirkətidir və 2001-ci ildən etibarən regionda ən iri yük aviadaşıyıcısı olan "Silk Way" Aviaşirkətinin rəsmi nümayəndəsidir. "Euroasian Cargo" qlobal nəqliyyat logistikası bazarında mövqeyini möhkəmlədib və sahənin liderlərindən birinə çevrilmişdir.

Şirkət tərəfindən göstərilən xidmətlər aşağıdakılardır:

  • Ekspres xidmət
  • Müxtəlif nəqliyyat vasitələri ilə çatdırılma
  • "Door to door" servisi
  • Logistika sahəsində peşəkar məsləhətləşmələr
  • Son marşrutların və daşıyıcının təklif edilməsi
  • Yükün çatdırılması müddətlərinin dəqiq proqnozlaşdırılması
  • Keyfiyyət və etibarlılıq zəmanəti
  • Dünyanın hər bir ölkəsində gömrük rüsumlarından təmizlənmə
  • Qısa müddət ərzində hərəkət planının və dəqiq qiymət təklifinin hazırlanması
  • Yüklərin qarışıq daşınması
  • Tam həcmdə xidmətlərlə müşayət edilən hər növ daşımalar

Daha dolğun məlumatı şirkətin www.euroasiancargo.com saytında əldə edə bilərsiniz.




BİZƏ QOŞULUN!
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CaspianMebelExpo
CIPS2011
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  20/06/2021 21/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild Azerbaijan is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek