Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






Baş xəbərlər

19.10.2011 22:06

Yeni fasad elementləri – etibarlılıq və gözəllik!

İlham Əlməmmədov, “BEHRUD” şirkətinin baş direktoru:

Yəqin mənimlə razılaşarsınız ki, Azərbaycan bazarında 15 illik fəaliyyət kifayət qədər sanballı bir müddətdir! Biz “KNAUF” və “ONDULIN” şirkətlərinin iki stenddə yerləşdirilmiş tikinti materiallarının satışı ilə məşğul oluruq və artıq onuncu dəfədir ki, “BakuBuild” inşaat sərgisində iştirak edirik. Onu da qeyd etməliyik ki, bu sərgilər bizim şirkətimizin inkişafı və satış səviyyəsinin artması baxımından əhəmiyyətli dərəcədə faydalıdır.

Bu gün biz poliuretan və polistiroldan hazırlanmış yeni fasad elementlərini nümayiş etdiririk. Bizim materiallar ona görə əlverişlidir ki, onlar yüngül və ucuzdur, gözəl görünür, asan quraşdırılır və beləliklə də fasadı tez, etibarlı və gözəl şəkildə qurmağa imkan verməklə yanaşı, əhəngdaşı materiallarından demək olar ki, fərqlənmir.

Biz bütün işləri “istifadəyə hazır” vəziyyətdə təklif edirik. Bütövlükdə isə bizim şirkətlə iş görmək çox rahatdır, belə ki, biz materialları özümüz istehsal edərək satırıq və özümüz də quraşdırırıq.

Azərbaycanda satılan bütün “KNAUF” məhsullarının yarıdan çox hissəsi bizim şirkətimizdən keçir ki, bu da bizim sanballı təcrübəmizdən xəbər verir! Buna görə də, bu sərginin bütün ziyarətçiləri bizim şirkətin timsalında özləri üçün həm əla materialın ən əlverişli istehsalçısını, həm də təcrübəli inşaatçı qazana bilərlər.

bütün xəbərlər




BİZƏ QOŞULUN!
BAKUBUILD İLƏ BİRLİKDƏ
Aqua-Therm
CIPS
SPONSORLAR
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  18/05/2021 19/05/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BakuBuild is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek